• $
  • €
  • ₽
  • ₺
  • £

2019-cu ilin nəticələrinə görə“Bank Respublika”nın aktivləri 44% artıb

2019-cu ilin nəticələrinə görə“Bank Respublika”nın aktivləri 44% artıb
29.05.2020 04:52
Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika 2019-cu ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank bazarda öz mövqeyini möhkəmləndirərək bütün əsas maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib.
 
Belə ki, hesabata əsasən, 2018-ci ilə nisbətən bankın xalis mənfəəti 10 dəfə artaraq 20,4 milyon manat,  xalis əməliyyat mənfəəti 4 dəfə artaraq 40,7 milyon manat, xalis faiz gəlirləri isə 68% artaraq 41,3 milyon manat təşkil etmişdir.
 
1 yanvar 2020-ci il tarixinə bankın aktivləri 1,4 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur. Bundan əlavə, bankın məcmu kapitalı 49%, depozit portfeli 54%, kredit portfeli isə 41% artmışdır.
 
"2019-cu ildə bank bütün sahələr üzrə ciddi artım nümayiş etdirərək dinamik inkişaf etməyə davam etdirərək, iqtisadiyyatın real sektoruna xidmət istiqamətində seçdiyimiz biznes modelinin dayanıqlığını bir daha təsdiqləmişdir. Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində yüksək nəticələr əldə edə bilmişdir. Hesabat ili ərzində biz bankın müştəri bazasını əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, xüsusən mikro, kiçik və orta sahibkarlıq seqmentləri olmaqla ümumi kredit portfelini də artırdıq.
 
Yüksək maliyyə nəticələri beynəlxalq maliyyə qurumları tərəfindən də qeyd edilmişdir. Uzun fasilədən sonra 3 böyük maliyyə təşkilatı (FMO, IFC və EBRD) Bank Respublika ilə kredit müqavilələri bağlayaraq Azərbaycan bazarına qayıtmışdır. Eyni zamanda, Moodys beynəlxalq reytinq agentliyi "Bank Respublika”nın reytinqini "Pozitiv" proqnozu ilə "B3" dərəcəsinə qaldırmışdır. 
 
İstərdim bütün bizim komandamıza, müştərilərimizə və tərəfdaşlarımıza bu nəticəni əldə etməkdə göstərdikləri əməkdaşlığa və verdikləri töhfəyə görə təşəkkür edəm! Biz öz işimizlə, yüksək keyfiyyətli xidmətimizlə və maraqlı təkliflərimizlə göstərilən etimadı doğruldaraq gələcəkdə də dinamik inkişafımızı davam etdirəcəyik ", deyə "Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol