• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank real sektorda ən böyük layihəni maliyyələşdirdi

Unibank real sektorda ən böyük layihəni maliyyələşdirdi
04.08.2014 14:45
Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yerli şirkətə böyük həcmdə kredit ayırıb. Bu Unibankın real sektorun inkişafına verdiyi dəstəyin daha bir nümunəsidir. İmzalanan müqaviləyə əsasən, Unibank və AYİB tərəfindən neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Şirkət bu vəsaiti fəaliyyətinin genişləndirilməsinə, anbarın tikintisinə, sualtı işlərin aparılması üçün tələb olunan yeni avadanlıqların alınmasına sərf edəcək.İmzalanma mərasimində Unibank KB-nin İcraçı Direktoru Cəlal Qasımov bildirib ki, “Dalğıc” MMC kimi şirkətlər ölkə iqtisadiyyatının real sektorunun inkişafını və modernləşməsini təmin edir: “Bu cür innovativ şirkətlərin daim dəstəklənməsi bankımızı prioritet istiqamətlərindən biridir. Yeni layihə hesabına yaradılacaq yeni iş yerləri, ixtisaslı yerli kadrların işə cəlb olunması imkanlarını daha da artıracaq. Bu layihənin maliyyələşməsi Unibank və AYİB arasında mövcud yüksək səviyyəli əməkdaşlığın nəticəsidir. Onu da qeyd edim ki, bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyüdür. Ölkədə fəaliyyət göstərən digər şirkətləri də, bu alətdən istifadə edərək əlverişli şərtlərlə maliyyələşməyə dəvət edirik.”AYİB-in Azərbaycan ofisinin rəhbəri Neil MakKeyn, təmsil etdiyi qurumun belə uğurlu layihələrin dəstəkləməsindən çox şad olduğunu bildirib: “ Bu kredit AYİB-in yerli banklarla birgə layihəsi olan orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində ayrılıb və yerli şirkətlərin fəaliyyətinin daha da genişləndirilməsinə xidmət edir. Bu layihə Azərbaycanda beynəlxalq standartlara uyğun dəniz araşdırmalarının aparıldığının da göstəricisidir”.“Dalğıc” şirkətinin direktoru İlqar Sadıqov da deyib ki, AYİB və Unibankın ayırdığı maliyyə vəsaiti şirkətin inkişafı, xidmət səviyyəsini daha da yüksəltməsi üçün böyük təkandır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol