Koronovirus neftin qiymətini aşağı salır.Azərbaycanı nə gözləyir?

Dünya
birjalarında neftin qiyməti ucuzlaşır. Bu
Azərbaycan neftinin qiymətinə də təsir edir. "Azeri Light” markalı neftin bir
barrelinin qiyməti 2,73 dollar ucuzlaşaraq 53,67 dollar təşkil edib. Neftin
ucuzlaşmasının bir sıra səbəbləri var və bu təbii ölkə iqtisadiyyatında bir sıra
problemlər yaradacaq.
Ekspert Natiq Cəfərli deyir ki, hazırda
neftin ucuzlaşmasın təsir edən ən əsas amil
yayılan virus təhlükəsidir. "Çində və
bir çox Avropa ölkələrində virusun yayılması iqtisadi aktivliyi məhdudlaşdırıb. Son bir ayda truzim səfərləri 30 faiz azalıb.
Neftə olan təlabat azaldığı üçün, neftin qiyməti də düşür. Ən pis isə bunun
sonu görünmür. Nə vaxt bu virusun qarşısının alınacağı bilinmir. Bu həftə neftlə
bağlı daha bir maraqlı məlumat Amerikadan gəlib. Neft istehsalı artdığı üçün
Amerikada neft anbarları dolub”.
Ekspert neftin 55 dollardan aşağı düşməsinin
Azərbaycan iqtisadiyyatında təhlükələr yaradacağını bildirib. "Əgər neftin qiymətinin aşağı düşməsi
həftələr, aylar çəkərsə ciddi problemlər yaranacaq. İxracat azalacaq və manata təzyiqlərin
şahidi olacağıq. Azərbaycan höküməti məcbur
qalacaq ki, manatın məzənnəsində yumşalma etsin. Kəskin devalivasiyanın hətta
yaxın gələcəkdə olacağını da düşünmürəm. Azərbaycan höküməti yəqin ki, gözləmə
mövqeyi alacaq”.
Natiq
Ceferli Azərbaycan neftinin ixracatının təqribən günə 550.000 barel təşkil
etdiyini deyir. "İxracatın hər bir dollar düşməsi Azərbaycana yarım milyon
dollar ziyan vurur. İlin əvvəlindən götürsək neftin qiyməti təqribən 70 dollara
çatmışdı. Hazıra neftin qiymətində günə 10 milyon dollar pul itirir”.
Ekspert
Nazim Məmmədov isə düşünür ki, əgər neftin qiyməti 45 dollardan aşağı düşərsə
hökümət inzibati yollarla manatın
kursunu saxlaya bilməyəcək və bu zaman devalvasiya baş verə bilər. "Təbii ki, əsas ixracat məhsulumuz neft olduğu üçün Azərbaycan iqtisadiyyatı da neftin qiymətinə çox həssas
yanaşır. Hökümət çalışmalıdır ki,
qeyri-neft sektorunu inkişaf etdirsin. Ölkədə inhisarçılıq aradan qaldırılmalı,
məmur sahibkarlığı ləğv edilməlidir”.
Ekspert
Beynəlxalq Energetika Agentliyinin proqnazlarına görə, neftə olan tələbatın ildən
ilə azalacağını və neftin qiymətinin düşəcəyini söyləyib. "2025-ci ildən neftə
olan tələbatın azalması daha ciddi hiss olunacaq. Çünki əsas neft istehsal edən
ölkələr alternativ enerjilərdən daha çox istifadə edəcəklər. Dizel və benzinlə
işləyən maşınlara qadağa qoyulacaq. İqtisadiyyat ciddi ziyan çəkəcək”.
Belə
görünür ki, koronavirus sadəcə insanların sağlamlığına deyil, həmçinin ölkələrin
iqtisadiyyatına da ciddi ziyan vurur. İqtisadiyyatında neft ixracatına üstünlük
verən ölkələr isə bundan daha çox ziyan çəkəcəklər. Ekspertlərin fikrincə, təəssüf
ki, bu baxımdan Azərbaycan hələ ki risk altında olan ölkələr sırasındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























