• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti CEO Brunch keçirilib

Növbəti CEO Brunch keçirilib
28.05.2020 21:53

Caspian European Club Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradzenin və Batumi şəhərinin meri Laşa Komaxidzenin fəxri qonaq qismində iştirak etdikləri növbəti CEO Brunch Baku təşkil edib.

Gürcüstanın səfiri CEO Brunch Baku iştirakçılarını salamlayaraq Gürcüstan və Azərbaycanın həyata keçirtdiyi çoxsaylı birgə layihələr barədə danışıb. "Gürcüstanda baş investorun məhz Azərbaycan olması bizim üçün çox xoşdur. Gürcüstan ərazisində çox sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir və biz Gürcüstan şirkətlərinin də Azərbaycan bazarında təmsil olunmasını istərdik”, - deyə o bildirib. Batumi barədə danışan səfir Acarıstanda yaradılmış turizmin inkişafı üçün olduqca cəlbedici şərtlərin olduğunu qeyd edib. Səfir həmçinin Bakı ilə Batumi arasındakı tarixi əlaqələri vurğulayıb və CEO Brunch Baku iştirakçılarına Nobel qardaşlarının ilk nefti Batumi limanı vasitəsilə nəql etdiklərini xatırladıb.  

Batumi şəhərinin meri investisiya imkanlarının geniş təqdimatını keçirib və Batuminin yeni inkişaf strategiyası haqqında danışıb. Batumini bütün mövsümlərdə kurort zonaya çevirən Acarıstanda qış turizmi üçün  imkanlar barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb. Baş plan əsasında yaradılmış həmin layihənin regionda ilk xizək kurortu olduğu, bunun isə öz növbəsində turistlərə yarımçıq infrastrukturdan narahat olmadan tam istirahət mühitinə köklənmələrinə imkan verdiyi vurğulanıb.

"CEO Brunch Baku çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecer və nümayəndələri onları maraqlandıran suallar ünvanlamaq və Gürcüstanda, xüsusilə Batumidə biznes layihələr həyata keçirmək imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

CEO Brunch Baku-nun sonunda şirkətlər ikitərəfli formatda Batuminin meri lə ünsiyyət qurmaq imkanından yararlanıblar”, - deyə Telman Əliyev söyləyib.
CEO Brunch (gec səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət yratmağa və partnyorlarını daha yaxından tanımağa imkan verir.  CEO Brunch Bakı ilə yanaşı, hər ay Tbilisi və Almatıda da təşkil olunur.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndələri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol