• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika regionlarda qadın sahibkarlarla görüşlər keçirdi

Bank Respublika regionlarda qadın sahibkarlarla görüşlər keçirdi
28.05.2020 21:50
Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən "Bank Respublika”nın təşəbbüsü ilə, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilib.

Respublikamızın müxtəlif regionlarında işgüzar  formada təşkil olunmuş görüşlərdə 100-a yaxın qadın sahibkar iştirak edib.

İştirakçılar arasında səmimi mühitdə keçirilən tədbirdə xanım iş adamları bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyətinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər.

Görüşlərdə çıxış edən bank nümayəndələri ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının "Bank Respublika”nın həyata keçirdiyi strategiyanın prioritet istiqamətu olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və onların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir.
Daha sonra tədbirdə sahibkarları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

Tədbirin sonunda Bankın əməkdaşları qadın sahibkarları qarşıdan gələn "8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib onlara hədiyyələr təqdim edib.

Bankdan verilən məlumata əsasən, Bank bundan sonra da sahibkarlarla işguzar mühitdə görüşlərə davam edəcək və onların inkişafı üçün dəstək olacaq layihələr həyata keçirəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol