Sürücülərə şad xəbər - Yol açıldı

Paytaxtda daha bir yolda hərəkət bərpa edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Cavadxan küçəsində (4-cü mikrorayon dairəsi) Memar Əcəmi metrosu istiqamətində aparılan təmir işləri başa çatdırıldığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Xatırladaq ki, Tbilisi prospektində - Salamzadə küçəsi ilə kəsişmədən Cavadxan küçəsi ilə kəsişməyə qədər olan hissədə də ötən il təmir işləri aparılıb. Salamzadə küçəsilə kəsişmədən Cavadxan küçəsilə kəsişməyə qədər əraziyə yeni asfalt ötrüyü çəkilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























