• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 22 min şəxsi sevindirəcək qərar

Azərbaycanda 22 min şəxsi sevindirəcək qərar
29.05.2020 05:00
Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan "Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq proqramın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın həyata keçirilməsi üçün ötən dövrdə məqsədyönü işlər aparılıb. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının müvafiq missiyası ilə bir sıra görüşlər  keçirilərək müzakirələr aparılıb. "Azərbaycanda məşğulluğa dəstək layihəsi”nin birgə icrası üzrə görüləcək işlər müəyyən olunub.

Təsdiq edilən layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin Dünya Bankının vəsaitləri hesabına özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxışına şərait yaradılmasıdır.

Proqramın əhatə dairəsi və səmərəliliyinin artırılması ilə yanaşı, layihənin tərkib hissələrinə proqram çərçivəsində göstərilən dəstəyin miqyasının genişləndirilməsi, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi,  o cümlədən Nazirliyin peşə təhsil müəssisələri ilə bağlı strategiyanın hazırlanması və s.  daxildir.

Dəyərli 100 mln. ABŞ dolları olan və 2020-2025-ci illəri əhatə edəcək layihə həmin dövrdə ölkəmizdə əlavə olaraq 22 min işsiz şəxsin qeyri-kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.

Dünya Bankı və Azərbaycan Hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kredit sazişi imzalandıqdan sonra layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol