"Vəziyyət belə davam etsə, devalvasiyanın qarşısını almaq olmayacaq" - Samir Əliyev

Azərbaycan neftinin
dəyərinin dünya bazarında kəskin ucuzlaşmasından sonra bütün diqqət ölkədə
manatın məzənnəsinə yönəlib. Bəzi ekspertlər düşünürlər ki, yaxın günlərdə
ölkədə növbəti devalvasiya baş verə bilər, bəziləri isə narahatlığa əsas
görmürlər. Artıq Azərbaycanda bir çox banklar dollar satışı həyata keçirmir, keçirənlər
isə, konkret limitlə və şəxsiyyət vəsiqəsi ilə dollar satır,
bəzilərində isə xarici valyuta satışı ümumiyyətlə yoxdur. Məsələn, "Bank Respublika"nın filiallarından birinin mühafizəçisi bildirdi ki, onlarda dollar satışı həyata keçirilmir. "BTB Bank" və "Unibank"da maksimum 500 , "Yapı Kredi bank"-da isə dollar satışına 2000 manat limit qoyulub. "Günay Bank" 500 manat limitlə satış həyata keçirsə də, bankda dolların bitməsi üzündən valyuta alverinin dayandığını dedilər. "Kapital Bank"-da isə 11000
manata qədər limitlə satış həyata
keçirilir. Demək olar ki, baş çəkdiyimiz bütün banklarda satış şəxsiyyət vəsiqəsi əsasında aparılır.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə bu gün verdiyi açıqlmasında bildirib ki, banklarda əhalinin ala biləcəyi qədər vəsait var.

Onun sözlərinə görə, ölkədə bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir.
"Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu "B” planı neftin qiymətinin 30-35 ABŞ dollara enməsi halı üçün hazırlanıb. Hökumət hazırda bu planla fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər və biz bu problemi daha tez həll edək". - deyə E.Rüstəmov əlavə edib.
İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, manatın gələcəyi ilə bağlı o qədər də nikbin olmağa səbəb yoxdur.

Onun sözlərinə görə, indiki vəziyyət hətta 2015-ci ildəki devalvasiya dövründə olan dürümdan də xeyli fərqlənir və qəlizdir.
"Neftin qiyməti manatın məzənnəsinə təsir edən əsas amil olasa da, bundan da vacib odur ki, qiymətlər nə qədər davamlı olacaq. Məsələn, sabah neft qalxıb 50-60 dollar oldu, bununla da problem aradan qalxacaq? Xeyr. Əsas məsələ odur ki, bu qiymətlər stabil qalacaqmı? Əgər neft qiymətləri uzun müddət 30 dolların ətrafında fırlanarsa, bu Azərbaycan üçün ciddi çətinliklər yaradacaq. Belə vəziyyət tədiyyə balansında kəsirə gətirib çıxardacaq. Bu da manatın məzənnəsinə mənfi mənada ciddi təsir edəcək. Hökumət bunun qarşısını necə alacaq? Bunun bir yolu var, o da valyuta ehtiyyatlarını manatın kürsünü süni şəkildə saxlamağa yönəltmək. İndi neçə müddətlik yönəldəcək, nə qədər yönəldəcək bu da ayrı məsələdir”, - deyə iqtisadçı ekspert bildirib.
Samir Əliyev deyir ki, çox güman ki, hökumət asanlıqla devalvasiyaya getməyəcək. Manatın məzənnəsi stabillik üçün çox vacib məqamdır.
Onun sözlərinə görə, hətta 2015-ci devalvasiyasından bu günə kimi də devalvasiyanın yaratdığı problemlər tam həllini tapmayıb, sadəcə kövrək sabitlik yaradıblar və növbəti devalvasiyanın olması, bu kövrək sabitliyi poza bilər.
"Ümumilikdə bu məsələlərə təkcə neft gəlirləri kontekstində baxmaq da düzgün deyil. Tutaq ki, neft ucuzlaşdı, mən də neft fondunun gəlirləri ilə bunu kompensasiya etdim, bəs axı ölkədən kapital qaçışı amili də var. 2015-ci ildə olmuş devalvasiyasının əsas amillərindən biri də bu idi. Ola bilər ki, qısa müddətli bir dövrdə Mərkəzi Bankın sədrinin də dediyi kimi, bu saxlanılsın, amma uzun müddətli bir dövrdə bunu saxlamaq mümkün olmayacaq. Digər bir amil də koronavirus epidemiyasıdır ki, bu da dünyada iqtisadi aktivliyi zəiflədib. Turizm sahəsindən gələn gəlirlər də xeyli azadlıb ki, bu da neft qiymətləri ilə birlikdə eyni formada davam etsə, devalvasiya qaçılmazdır”, - deyə iqtisadçı ekspert bildirib.
Samir Əliyev əlavə edib ki, bütün bunların fonunda ajiotaj yaranması, insanların banklara axışıb öz pullarını dollarla dəyişmək istəməsi anlaşılandır.
Onun sözlərinə görə, buna səbəb hökumətin insanları maarifləndirə bilməməsi, informasiya ilə zamanında təmin etməməsdir.
"Ayın 9-u iş günü deyildi, amma neftin qiyməti düşən kimi Rusiya hökuməti və Qazaxıstan hökuməti işə çıxdı, insanlara məlumat verdilər, ajiotajın qarşısını almağa çalışdılar. Bizdə isə yatıb, 2-3 gün sonra, ayın 11-i insanların qabağına çıxıb açıqlama verdilər. Ona görə də insanları qınamaq lazım deyil. Bir tərəfdən də, Mərkəzi Bank deyir ki, narahatlığa ciddi əsas yoxdur, amma insanlar gedib banklarda dollar tapmayanda başa düşürlər ki, narahat olmağa əsas var”, - deyə iqtisadçı ekspert Samir Əliyev bildirib.
www.anews.az

Həzi
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır