Hansı banklar dollar satışına məhdudiyyət qoydu ?- VİDEO

Azərbaycan neftinin dəyərinin dünya bazarında kəskin ucuzlaşmasından sonra bütün diqqət ölkədə manatın məzənnəsinə yönəlib. Bəzi ekspertlər düşünürlər ki, yaxın günlərdə ölkədə növbəti devalvasiya baş verə bilər, bəziləri isə narahatlığa əsas görmürlər. Artıq Azərbaycanda bir çox banklar dollar satışı həyata keçirmir, keçirənlər isə, konkret limitlə və şəxsiyyət vəsiqəsi ilə dollar satır, bəzilərində isə xarici valyuta satışı ümumiyyətlə yoxdur.
Məsələn, "Bank Respublika"nın filiallarından birinin mühafizəçisi bildirdi ki, onlarda dollar satışı həyata keçirilmir. "BTB Bank" və "Unibank"da maksimum 500 , "Yapı Kredi bank"-da isə dollar satışına 2000 manat limit qoyulub. "Günay Bank" 500 manat limitlə satış həyata keçirsə də, bankda dolların bitməsi üzündən valyuta alverinin dayandığını dedilər. "Kapital Bank"-da isə 11000 manata qədər limitlə satış həyata keçirilir. Demək olar ki, baş çəkdiyimiz bütün banklarda satış şəxsiyyət vəsiqəsi əsasında aparılır.
Daha ətraflı videomaterialda:
Hazırladılar: Mahir Rüstəmli
Həzi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























