• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazlarında növbəti rekord satış olub

SOCAR istiqrazlarında növbəti rekord satış olub
13.03.2020 11:29
3 ildən artıqdır ki, tədavüldə olan SOCAR istiqrazlarının təkrar bazardakı satış qiyməti 1 050 ABŞ dollarına yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub.

Anews.az xəbər verir ki, "SOCAR Capital” şirkətindən "Report”a verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. "Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm faktordur”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici 1 046 ABŞ dolları təşkil edib.

2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR istiqrazları indiyədək sahiblərinə 16,250 mln. dollar gəlir qazandırıb.

SOCAR istiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 mln. ABŞ dollar təşkil edir və 2 100 ədəd əqd bağlanıb.

Ümumi emissiya məbləği 100 mln. ABŞ dolları olan, illk 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.

Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi aprelin 17-də baş tutacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol