Lirə sürətlə ucuzlaşır - Türkiyədən məhsul idxal edənlər daha çox qazancaq

Son bir həftə ərzində Türkiyənin milli valyutası - lirə dollar qarşısında 4% ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, mart ayının 8-də 1 dollar 6,09 lirə olduğu halda, bu gün (14 mart) 6,33 lirəyə satılır.
Qeyd edək ki, lirənin ucuzlaşması Türkiyədən ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bildiyimiz kimi, Türkiyə idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin yanvar ayı ərzində Türkiyədən ölkəmizə 102 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 14-ini təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























