Unibankın Baş ofisi məsafədən iş rejiminə keçib

Nazirlər Kabineti yanında Operativ qərargahın qərar və tövsiyələrini əsas
tutaraq, KORONAVİRUS infeksiyasının(COVİD-19) yayılma riskini minimuma endirmək
üçün Unibank rəhbərliyinin qərarı ilə bankın Baş ofis (Uniplaza) əməkdaşlarının
bir hissəsi 16 mart tarixindən etibarən məsafədən iş rejimində fəaliyyət göstərir.
Unibankın baş ofisində 500-dən cox əməkdaş çalışır. Uniplaza müasir
standartlara uyğun yeni bina olduğu üçün burda mərkəzləşdirilmiş vahid havalandırma
sistemi quraşdırırlıb.
Dünya
praktikasında da görülmüş faktdır ki, hər hansı bir virusun yayılma riski ümumi havalandırma sistemi olan böyük
binalarda daha çoxdur. Unibank rəhbərliyi də bu praktikanı və koronavirusla
bağlı ÜST və yerli dövlət orqanlarımızın qərar və tövsiyələrini əsas tutaraq, öz əməkdaşlarının
sağlamlığının təhlükəsizliyi üçün belə önləyici tədbirlər həyata keçirir.
Məsafədən işləməsi mümkün olan işçilər evdən işləyirlər, Baş ofisdə fəaliyyətləri zəruri olan əməkdaşların isə şəxsi avtomobil və taksi
ilə işə gəlmələri təmin olunub. Uniplazanın birinci mərtəbəsində yerləşən müştəri
xidmətlərinin fəaliyyəti də bank əməkdaşlarının sağlamlığının təhlükəsizliyi
baxımından dayandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























