• $
  • €
  • ₽
  • ₺
  • £

“Benzinin qiymətini artıracaqlar” - Ekspert

“Benzinin qiymətini artıracaqlar” - Ekspert
25.07.2014 20:00
“Azərbaycanda yanacağın - benzinin keyfiyyətinin aşağı olması hamıya məlumdur, yəni gizlin bir şey deyil”. Bunu Modern.az-a ekspert İlham Şaban son zamanlar benzinin keyfiyyətinin aşağı olması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
Ekspert bunun səbəbini ilk növbədə qurğuların köhnə olması ilə əlaqələndirir: “Bildiyiniz kimi Dövlət Neft Şirkəti yeni neftayırma zavodu tikintisinə start verəcək. Bu səbəbdən də moderinizasiya işləri aparılmır. Hələ 2008-ci ildə Nazirlər Kabineti Qaradağda yeni emal müəssisəsi yaradılması ilə əlaqədar göstəriş vermişdi. Həmin layihə çox böyük kapital tələb etdiyindən yubandı. Çünki qaz emalı, qaz-kimya, “Azərkimya”nın müəssisələrinin köçürülməsi, elektik stansiyası və s. nəzərdə tutulduğundan bu təkcə Neft Şirkətinə aid olan məsələ olmadı. Buna görə də Nazirlər Kabinetinin sonuncu iclasında prezident İlham Əliyev bildirdi ki, Dövlət Neft Şirkəti 2018-ci ilə qədər “Avro-5” standartında yanacaq istehsal etməlidir. Bu ilin aprel ayından etibarən ARDNŞ ilk moderinizasiya işlərinə başlayıb. Proses ona gətirib çıxaracaq ki, benzinin və dizel yanacağının həcmi artırılacaq, eyni zamnada “Avro-3” standartına cavab verəcək benzin istehsal olunacaq. Bu da ilk növbədə benzinin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək”.
İlham Şaban benzinin keyfiyyəti yaxşılaşdırılandan sonra qiymət artımının olacağını da istisna etmir: “ Avro-5 standartına keçid üçün tamamilə yeni qurğu tikiləcək. Bunun üçün də ARDNŞ yüz  milyonlarla investisiya xərclərinə getmiş olacaq. Sonuncu dəfə yanacağın qiymətinin artımının 2013-cü ilin dekabrında olduğunu, həmçinin beynəlxalq təşkilatların Azərbaycandakı enerji daşıyıcıları ilə bağlı verdiyi proqnozları (onlar 2017-ci ilə qədər artım pronozlaşdırmırlar) nəzərə alsaq, layihənin həyata keçirlməsinə başlanıldığı zaman qiymət artımı mütləq olacaq”.
Qeyd edək ki, vətəndaşlar vaxtaşırı yanacağın keyfiyyətinin olduqca aşağı düşməsilə bağlı narazılıqlarını bildirirlər. Bəzi iddialara görə, ARDNŞ  hətta buna göz yumması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsilə gizli razılığa da gəlib.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol