• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən Tofiq Yaqublunun saxlanılması ilə bağlı - AÇIQLAMA

DİN-dən Tofiq Yaqublunun saxlanılması ilə bağlı - AÇIQLAMA
28.05.2020 23:38
Daxili İşlər Nazirliyi Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə  martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində baş verib:

"Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub. Yol qəzası Tofiq Yaqublunun təqsiri üzündən baş verdiyi halda, o, avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edib, onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. Daha sonar hadisə yerinə polis əməkdaşları gəliblər.

Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib. Siyasi partiya rəhbərliyində təmsil olunan şəxsin digər vətəndaşlara nümunə olmalı olduğu halda bu cür davranması, günahı olmayan vətəndaşa qarşı belə hərəkətlər etməsi ən azından qınanılmalıdır”

E.Zahidov bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

"VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər. Hazırda cinayət işinin istintaqı davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol