• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa görə pul qazana bilməyənlərə kommunal ödənişlərlə bağlı sevindirici xəbər - VİDEO

Koronavirusa görə pul qazana bilməyənlərə kommunal ödənişlərlə bağlı sevindirici xəbər - VİDEO
29.03.2020 10:48
Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur.
Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır.
Digər tərəfdən bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə yaranan çətinlik məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.
Sakin: "Kommunal xərclərdə dövlətin dəstəyi olsa, yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, işləri dayanır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa, çox yaxşı olar. Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar”.
Sakin: "Əgər insanların evdə oturması tələb olunursa, dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə, daha yaxşı olar”.
Millət vəkilləri indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırlağı tədbirlər paketində kommunal ödənişlərdə güzəşt məsələsini zəruri hesab edirlər.
Koronavirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar.
Fazil Mustafa – Milli Məclisin deputatı: "Vətəndaş əgər işləmirsə, bu xərcləri necə ödəsin? İşləyəndə bu pul çıxır, çıxmayandan sonra neyləsin? Müəyyən dərəcədə ödəniş məsələsində güzəştlər edilməsi nəzərdə tutula bilər. Bunu da bir sosial paket formasında hazırlanıb ortaya qoymaq lazımdır. Bu, vəziyyəti bir az yüngülləşdirə bilər. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Çünki vəziyyət düzələndən sonra təzədən bərpa etmək olar”.
Hikmət Babaoğlu – Milli Məclisin deputatı: "Problemi hökumətin diqqətinə təqdim etmək lazımdır ki, bununla bağlı dərhal qərarlar qəbul etsin. Çünki nəticədə söhbət bizim milli təhlükəsizliyimizdən gedir. Hər hansı bir kommunal ödənişin 1 gün və ya 5 gün gec ödənməsi böyük bir faciə deyil”.
Qeyd edək ki, əhaliyə güzəştlərlə bağlı məsələ hələ ki, işçi qrupunun müzakirəsindədir. Aprelin əvvəlində bu təkliflər tam şəkildə açıqlanacaq.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol