Yasamalda daha bir xeyriyyə aksiyası - FOTOLAR

Bakının
Yasamal rayonu İcra Hakimiyyəti və 17 saylı Yasamal üçüncü seçki dairəsindən
Milli Məclisin deputatı Elnur Allahverdiyevin qərargahı müştərək sosial aksiya
həyata keçiriblər. Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı
və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Baş tutan sosial aksiya
maddi ehtiyacı olan onlarla paytaxt sakinini əhatə edib. Ərzaq paylarını qəbul
edən Yasamal sakinləri bu xeyirxah aksiyaya görə, ölkə rəhbərliyinə və Azərbaycan
dövlətinə minnətdarlığını bildiriblər.
Yasamal
rayon sakinlərinə ərzaq sovqatları paylayan könüllülər həmçinin karonavirusdan
qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydalarını vətəndaşlara ətraflı şəkildə
izah ediblər.
#bizbirlikdəgüclüyük




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























