Bank kartını ikinci şəxsə verən təqaüdçülər dələduzluq qurbanı ola bilər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi karantin rejimi dövründə evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərin təqaüd almaları üçün onlara xüsusi işçilər təhkim edib. Həmin işçilər tənha adamlardan bank kartlarını almalı, təqaüdlərini çıxarıb onlara təqdim etməlidir. Təqaüdçülərin kartlarını ikinci şəxsə verməyə məcbur edilməsi nə kimi nəticələr verə bilər? Bu bank sirlərinin pozulması sayılmırmı? Bir müddət sonra təqaüdçünün bank kartının məlumatlarını bilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşının bu məlumatlardan öz məqsdləri üçün, deyək on line alış veriş məqsədilə istifadə etməyəcəyinə kim zəmanət verə bilər? Bu suallarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova müraciət etdik.
Onun sözlərinə görə, təqaüdçülər nazirliyin əməkdaşlarına sadəcə etibar etməlidir. "Sosial xidmətçilər dövlət işçiləri, dövlət qulluqçularıdır. Tənha yaşayan pensiyaçılarımız həmin işçilərə etibar edə bilərlər"., deyə qurum sözçüsü bildirdi.
Nazirlik həmin işçilərin gələcəkdə öz şəxsi mənfəətləri üçün kart məlumatlarından istifadə etməyəcəklərinə dair zəmanət verirmi? sualına cavabında isə Talıbov dedi ki, əgər belə bir hal aşkar edilərsə, həmin işçilərlə bağlı çox ciddi tədbirlər həyata keçiriləcək.
O qeyd edir ki, hazırki şəraitdə təklif edilən pensiyaların verilmə üsulu ən optimaldır.
Sözçünün fikirləri ciddi suallar doğurur. Belə ki, bu qərarı verməklə nazirlik vətəndaşları, xüsusilə sosial baxımdan həssas qrupa daxil olan təqaüdçüləri bank sirrlərini açmağa vadar edir və bu Azərbaycan qanunvericiliyi ilə ziddiyyət yaradır. EKspertlər nazirliyə keçmiş SSRİ zamanında sınaqdan çıxmış təqaüdlərin poct xidmətində çalışan poctalyonlar vasitəsilə nəqd şəkildə tənha təqaüdçülərə çatdırılmasını tövsiyyə edir. Bundan başqa təqaüdlərin səyyar bankomatlar vasitəsilə çatdırılması da bir variant olaraq təklif olunur.
Samirə Əliyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























