Bakıda yeni yol çəkilir - FOTO

Yol ötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunurBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücü tikilir. Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yol qovşağı kompleksinə daxil olan növbəti yol ötürücü dəmir yolu xətti üzərindən keçir.Tikintisi nəzərdə tutulan yol ötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur.
Yol ötürücüsünün uzunluğu 31m, eni isə 14,5 m təşkil edəcək.
Qeyd edək ki, hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar svay-qazma işləri həyata keçirilir.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























