• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov maşın payladı

Səlim Müslümov maşın payladı
23.07.2014 12:38
İyulun 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir. Sərəncama uyğun olaraq, bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən artıq 523 nəfəri dövlət hesabına minik avtomobili ilə təmin olunub. Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək avtomobillə tam təminatı nəzərdə tutulur. Bundan öncə isə Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamı ilə 2014-cü ilədək növbəyə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari ilin aprel-may aylarında avtomobillə tam təminatı yerinə yetirilib. Beləliklə, möhtərəm dövlət başçısının qeyd olunan iki Sərəncamı əsasında cari ilin aprelindən bəri müvafiq kateqoriyalara aid 1200 nəfər əlilliyi olan şəxsə avtomobil verilib. Minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanmış əlilliyi olan şəxslərin siyahıları ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə təqdim olunur. Avtomobillərin verilməsi həmin siyahılar əsasında, yəni növbəlilik prinsipi üzrə həyata keçirilir. Eyni zamanda, həmin alt-bölmədə “Dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb olunan sənədlər” qovluğuna daxil olmaqla əlil vətəndaşa verilmiş avtomaşının digər şəxs tərəfindən idarə edilməsi üçün təqdim edilməli olan sənədlərin siyahısı da əksini tapıb. Yeni minik avtomobilinə sahib olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər Prezident cənab İlham Əliyevin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisini təmin edən uğurlu siyasətinin eyni zamanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxsin sosial firavanlığına xidmət etdiyini vurğulayıb, onlara göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. (Azvision.az)ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol