
Hər
zaman xidmətlərini istifadəçilərin tələbləri əsasında formalaşdıran "Nar”, xüsusi karantin rejimində müştərilərinə dəstək
məqsədilə, yeni formatda nömrə satışına başlayıb. Pandemiya müddətində müştərilər
"narsim.az" vebsaytı üzərindən almaq istədikləri
nömrəni seçib birbaşa evə çatdırılma xidmətindən yararlana bilərlər. Çatdırılma
sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.
Yeni
xidmətdən istifadə etmək üçün müştərilər "narsim.az" saytında nömrə sifarişi zamanı
müvafiq bölmədə yaşayış ərazisini qeyd etməlidirlər. Bundan sonra, yaxın ərazi
üzrə təyin olunmuş diler müştəri ilə əlaqə saxlayaraq ünvana çatdırılmanı təmin
edir. Qeyd edək ki, bu xidmətdən paytaxt sakinləri ilə yanaşı, digər bölgələrdə
yaşayan vətəndaşlar da yararlana bilərlər.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























