Ölkənin elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bankı məlum olub!

Unibank "Elektron ticarət üzrə
ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib.
Nominasiya Mərkəzi Bank və Azərbaycan
Banklar Assosiasiyası tərəfindən təqdim olunub. 2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə
birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin
tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar
üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş
bankların mükafatlandırılması həyata keçirilir. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək
verən Unibank, hər zaman qaliblər sırasında olur.
Unibank
hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Bankın
partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən
Visa və MasterCard kartlarına sahib olan şəxslər asanlıqla və çox rahat, təhlükəsiz
şəkildə həmin dükanlardan alış-veriş edə bilirlər.
Unibank- hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























