• $
  • €
  • ₽
  • ₺
  • £

“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi

“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da  təsdiqlədi
12.04.2020 22:39

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı "Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. İclasda "OPEC plus” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.
 
Həmçinin Meksikanın "OPEC plus” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə Razılaşmanın mayın 1-dən qüvvədə olacağı şərti "Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb. "Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən  Meksikanın  hasilat kvotaları may-iyun aylarında  400 min barrel əvəzinə 100 min barrel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin  digər qismini kompensasiya etmək üçün ABŞ-ın  öz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə razılaşılıb. Bununla da "OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. "OPEC plus”un  qərarına  Azərbaycan da öz dəstəyini ifadə edib.  Energetika naziri Pərviz Şahbazov  dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib:

" Bugünkü görüş və "OPEC plus” un  qəti  mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə  töhfə verəcək. Həmçinin bu qərar "OPEC plus” formatından  kənardan ölkələrin  də hasiatı azaltmaların təşviq edəcək”.

 Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol