Azərbaycan Beynəlxalq Bankından səyyar bankomatlar layihəsi

Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar
verilən vaxtlar bankomatlar qarşısında növbələrin yaranmaması üçün əhali
sıxlığının böyük olduğu ərazilərə səyyar bankomatların göndərilməsinə başlayıb.
Pensiyaçılar öz pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatları ilə
yanaşı, ölkəmizdəki bütün bankların bankomatlarından da komissiyasız
nağdlaşdıra bilərlər.
Pensiyaya yeni çıxmış insanların öz pensiya
kartlarını almaqdan ötrü karantin rejimi dövründə banka gəlmək ehtiyacını
aradan qaldırmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı "Böyüklərə hörmətlə” təşəbbüsü
çərçivəsində pensiya kartlarının evdə çatdırılması xidmətinin tətbiqinə də
başlayıb.
Pensiyaçılar buradan onlayn sifariş etməklə hazır
pensiya kartlarını yaşadıqları ünvanda əldə edə bilərlər. Kartın ünvana
çatdırılmasına görə heç bir xidmət haqqı tələb olunmur.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı müddəti
martda tamamlanmış pensiya kartlarının istifadə vaxtını da apreldən başlayaraq
daha üç ay uzadıb.
Kart sahibləri növbəti üç ay ərzində pensiyalarını bu
kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları ölkədaxili nağdsız
ödənişlər üçün də keçərlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq
Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən,
www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























