Unibank sahibkarları xidmət haqqından azad etdi

Unibank xüsusi karantin rejimində biznes müştərilərinə
daha bir güzəşt təqdim edib. Bankın partnyorları olan sahibkarlar iki ay müddətinə
POS-terminalara görə xidmət haqqı ödəməyəcək. Mart və aprel ayları üçün nəzərdə
tutulan güzəştlər, 400-dən çox sahibkarı əhatə edəcək. Bununla da "Unibank”dan POS-terminal
əldə edən sahibkarlar, dövriyyələrindən asılı olaraq ödədikləri aylıq xidmət
haqqından azad olunurlar. Hazırda "Unibank”a məxsus POS-terminalların sayı 1500-dən çoxdur.
Bundan başqa Unibank
iki ay müddətində onlayn ticarətə (eCommerce) qoşulmanı da ödənişsiz
edib. Onlayn ticarətin əhəmiyyətinin
artdığı bir zamanda öz satışını artrmaq isəyən, ticarətini böyütmək istəyən hər
kəs bu müddət ərzində eCommerce xidmətlərinə pulsuz qoşulacaq.
Unibank-hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























