Pensiyaları istənilən bankomatdan komissiyasız nağdlaşdırmaq olar

Bildiyiniz
kimi, dünəndən etibarən ölkədə pensiyaların verilməsinə başlanıb. Bu səbəbdən də
ciddi karantin rejiminin olmasına baxmayaraq, insanlar ATM-lərin qarşısında
kütləvi şəkildə toplanır. Bunun qarşısını almaq üçün Kapital Bank-ın sosial
müavinət, pensiya və kompensasiya ödənişləri alan müştəriləri üçün xüsusi şərtlər
tətbiq edilir.
Belə ki, Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.
Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın ölkə üzrə olan 800-dək bankomatında hər gün müvafiq dezenfeksiya işləri aparılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır