• $
  • €
  • ₽
  • ₺
  • £

Brent neftinin qiyməti yenidən 30 dollardan aşağı düşdü – SON RƏQƏMLƏR

Brent neftinin qiyməti yenidən 30 dollardan aşağı düşdü – SON RƏQƏMLƏR
15.04.2020 11:49
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri bu gün 1,5% ucuzlaşaraq hazırda 1 barelə görə 29,1 dollar təşkil edir.

Yeniavaz.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə hazırda 1 barelə görə 20,1 dollar olub.
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 2,7 dollar ucuzlaşaraq 22,6 dollara düşüb.

Qeyd edək ki, aprel ayının 2-də "Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 bareli 16,54 dollara satılıb. "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.

Maraqlıdır ki, ötən həftə "OPEC+” ölkələrinin may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaldıması barədə əldə etdikləri razılaşma da neftin qiymətini yüksəltməyə kömək etməyib.

Onu da qeyd edək ki, Azərbaycan da qəbul edilən yeni "OPEK+” razılaşması çərçivəsində bu ilin may-iyun aylarında neft hasilatını 164 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Belə ki, gündəlik neft hasilatı 718 min barel olan Azərbaycanda qeyd olunan dövürdə gündəlik hasilatı 554 min barel həcmində saxlanılacaq.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol