Avropada nağd pula tələbat rekord səviyyədə artıb

Avropa Mərkəzi Bankının (ECB) son məlumatlarına görə, Avropada karantin dövründə nağd avroya tələbat rekord səviyyədə artıb.
Bu, Avropada karantin tədbirlərinin kütləvi şəkildə tətbiq edildiyi mart ayı ilə müqayisədə 41,2 milyard avro çoxdur. "Financial Times”ın hesablamalarına görə, bu, 2008-ci ilin maliyyə böhranından bəri nağd avro dövriyyəsində rekord artım olub. Belə ki, 24 oktyabr 2008-ci il tarixində öncəki dörd həftə ilə müqayisədə nağd dövriyyə 41,4 milyard avro artmışdı.
Avropa İttifaqı rəsmiləri nağd pulların populyarlığının artmasını insanların "qara gün” üçün təhlükəsizlik yastığı təşkil edərək bankomatlardan daha çox pul çıxarmaları ilə əlaqədar ola biləcəyini düşünürlər. Məsələn, İrlandiya Mərkəzi Bankının məlumatına görə, aprel ayının ilk həftəsində ölkədə bankomatlardan pul çıxarmaq üçün aparılan əməliyyatların sayı 57% azalıb, lakin çıxarılan vəsaitin həcmi xeyli artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























