Unibank özünüməşğulluq proqramına dəstək verir

Unibank Tamam Cəfərovanın ən
böyük istəyini - öz şəxsi biznesini
yaratmaq arzusunu reallaşdıracaq. Ölkəmizdə qədim tikmə sənətinin azsaylı
davamçılarından olan Tamam xanım bu peşəni yaşatmaq, gələcək nəsillərə ötürmək,
bu sahədə kiçik biznesini qurmaq fikrindədir. Bu gözəl missiyanı həyata keçirməkdə
isə Unibank ona dəstək olacaq: "Mən bu bacarıqları anamdan öyrənmişəm.
Uşaqlıqdan bu işlə məşğulam. 1997-ci ildə cəbhə zonasında olan kəndimizdə
minaya düşərək ayağımı itirəndən sonra da, məni həyata bu bacarıqlarım bağladı.
Hər zaman arzum olub ki, bildiyim tikmə, toxuma, dərzilik sənətini genişləndirim.
Amma lazımı avadanları almağa imkan olmadığından, bu arzu olaraq qalıb. İndi bu
arzumu həyata keçirməkdə, öz şəxsi binesimi qurmaqda Unibank mənə dəstək
olacaq. Çox sevinirəm ki, həm anamdan mənə yadigar qalan sənəti yaşadacam, həm
də bu işdən əldə edəcəyim qazancla öz dolanışığımı təmin edəcəm”.
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar
Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali
qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət
avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini
qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























