Neftin ucuzlaşması Azərbaycanda dollara tələbatı necə dəyişdi? - RƏSMİ MƏLUMAT

Bu gün – 21 aprel tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 38,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki – 16 aprel 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 14,2 milyon dollar və ya 26,8% az olub.
Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar. Bu gün satılan valyuta isə 10 mart tarixindən sonra qeydə alının ən aşağı səviyyə olub.
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar
17 mart – 250,3 milyon dollar
19 mart – 243,7 milyon dollar
29 mart – 106,5 milyon dollar
31 mart – 95,6 milyon dollar
2 aprel – 74,6 milyon dollar
7 aprel – 67,2 milyon dollar
9 aprel – 55 milyon dollar
14 aprel – 56,5 milyon dollar
16 aprel – 53 milyon dollar
21 aprel – 38,8 milyon dollar
Məlumat üçün bildirək ki, dünən ABŞ-a məxsus WTI markalı neftin dəyəri tarixində ilk dəfə olaraq bir gün ərzində 308% ucuzlaşaraq mənfi 38 dollar düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























