Azərbaycanda daha 44 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan
Respublikasında 44 yeni koronavirus
infeksiyasına yoluxma faktı qeydə alınmış, 74 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə
əlaqədar 102.764 test aparılmışdır.
www.anews.az
COVID-19 üçün götürülən analiz nümunələri
müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan
1963-cü il təvəllüdlü vətəndaş vəfat
etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə
olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli
xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti
ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti
stabildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























