Premium kart sahibləri üçün şəxsi çatbot

Azərbaycan Beynəlxalq Bankı özünün premium kart
sahibləri üçün yeni imkan yaradıb. Bank VISA və Mastercard beynəlxalq ödəniş
sistemləri tərəfindən təqdim olunan Chatbot-Concierge (şəxsi köməkçi) xidmətini
kart sahiblərinin istifadəsinə verib.
Belə ki, artıq Bankın VISA Platinum, VISA Infinite
kart sahibləri Telegram, Messenger və Viber vasitəsilə VISA Chatbot-Concierge
xidmətindən, Mastercard World Elite kart sahibləri isə Whatsapp, Telegram,
Messenger və Viber vasitəsilə MC Chatbot- Concierge xidmətindən ödənişsiz
istifadə edə bilərlər. Müştəri müvafiq kartları Azərbaycan Beynəlxalq Bankından
əldə edərkən bu xidmətə avtomatik qoşulur. Kartın istifadə müddəti boyunca heç
bir xidmət haqqı ödəmədən bu unikal imkandan faydalanır.
Konsyerj xidməti bir çox üstünlükləri özündə birləşdirir:
işgüzar səfərlər və səyahətlərlə bağlı faydalı məlumatlar, məsləhətlər verir. Şəhər
bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, hava şəraiti və digər
çoxsaylı lazımi məlumatları istənilən vaxt kart sahibinin diqqətinə çatdırır. Bu
xidmət vasitəsilə, gəzinti turlarının tarixi, əyləncə və idman tədbirləri,
dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı məlumat və tövsiyələr
almaq olar.
Konsyerj xidməti vasitəsilə kart sahibi üçün təyyarə
biletlərinin, otellərin bron edilməsi, avtomobil icarəsi, təyyarə yaxud
yaxtalarla özəl səyahətlər təşkil edilir. Konsertlər, idman yarışları da daxil
olmaqla bir çox əyləncə tədbirlərinə giriş təmin olunur. Kart sahibi getdiyi
yerlərdə biznes (katiblər, kuryer xidmətləri və s.), məişət (kommunal, dayə,
kurslar, şəxsi məşqçilər və s.) və peşəkar xidmətlərə (tibbi, hüquqi və s.) ehtiyac
duyduqda konsyerj xidməti onlara anında kömək göstərir. Ətraflı məlumatları buradan əldə etmək mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























