Bank Respublika “Nargis” Fondunun aztəminatlı ailələrə dəstək kampaniyasına qoşuldu!

Azərbaycan
Respublikası ərazisində xüsusi karantin rejimi elan olunduğu gündən etibarən
"Nargis” fondu tərəfindən yaşlılara ərzaq bağlamları göndərildi. Fond nümayəndələri
bildirdi ki, dəstək aksiyası davam etdiyi müddətdə COVİD-19 yayılması ilə əlaqədar
köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən
müraciətlər daxil oldu. Bu səbəbdən "Nargis” Fondu 14 aprel tarixindən etibarən
xeyriyyə kampaniyasını davam etdirdi və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi
kampaniyaya qoşulmağa çağırdı.
Bu
xeyriyyə təşəbbüsünə dəstək verən ilk qurumlardan biri də ölkənin aparıcı
banklarından biri olan - Bank Respublika oldu. Bank tərəfindən kampaniyaya
ayrılmış vəsait aztəminatlı ailələrin bir ay ərzində ərzaq tələbatını təmin
etdi. Qeyd edək ki, Bank Respublikanın dəstəyi ilə yardım almış ailələrin əksəriyyəti
Bakı ətrafı qəsəbələrdə yaşayan aztəminatlı şəxslərdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























