• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika birinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

Bank Respublika birinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
27.04.2020 12:50
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank cari ilin birinci rübündə dinamik inkişaf etməyə davam edib və ötən ilin birinci rübü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.

Belə ki, 31 mart 2020-ci il tarixinə Bankın məcmu kapitalı 51%, depozit portfeli 27%, kredit portfeli isə 32% artmışdır. Qeyd etmək lazımdır ki, verilmiş kreditlərin 75% -i Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Ötən ilin birinci rübü ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 1,27% təşkil etmişdir.

2019-cu ilin birinci rübü ilə müqayisədə bankın xalis mənfəəti 4 dəfə artaraq 2,9 milyon manat, xalis faiz gəlirləri isə 63% artaraq 13.2 milyon manat təşkil etmişdir. Hesabata əsasən, bankın aktivləri 1,3 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

"İlk rübdə həm korporativ, həm də pərakəndə satış istiqamətində əldə etdiyimiz yüksək nəticələr son illərdə qəbul etdiyimiz qərarların doğruluğunu təsdiq edir. Bank bu yüksək nəticələri müştərilərin etimadı, komandamızın yüksək peşəkarlığı, məhsul və xidmətlərin daim təkmilləşdirilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində əldə edə bilmişdir. Bu il bank sektoru çox ciddi çağırışlarla üzləşib, lakin mən əminəm ki, dövlətin vaxtında gördüyü effektiv tədbirlər banklara dayanaqlılığı möhkəmləndirməyə və müştərilərinə hər cür dəstək verməyə imkan yaradacaqdır”.deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

22 may 1992-ci ildə yaradılmış Bank Respublika, fərdi və hüquqi şəxslərə geniş xidmətlər təqdim edən Azərbaycanın universal özəl bankıdır. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol