İnzibatçı təyin edilməsi – Bankın bağlanması deməkdir? - İZAHAT

İqtisadçı ekspert Samir Əliyev Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilməsi ilə bağlı Mərkəzi Bankın qərarını şərh edib.
S.Əliyev yazır:
Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "Atabank” ASC, "AGBank” ASC, "NBCBank” ASC və "Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Bəs, bu nə deməkdir? Bankların bağlanması demək olarmı?
"Banklar haqqında” Qanunun 57-ci maddəsi ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi ilə bağlıdır. Bu maddədə banka müvəqqəti inzibatçının təyin edilməsi şərtləri və müvəqqəti inzibatçının verəcəyi mümkün qərarlar nəzərə tutulub.
Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddətdə MB ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Burda qərar 5 istiqamətdə ola bilər:
- ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması;
- körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması;
- ödəmə qabiliyyətini itirmiş bankın investora satılması;
- ödəmə qabiliyyətini itirmiş bankın ləğvi.
Göründüyü kimi, 4 bankın bağlanması barədə fikir bildirmək tezdir. Ola bilsin hansısa bank bağlansın, hansısa sağlamlaşdırılıb başqa banka birləşdirilsin və ya satılsın.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























