ABŞ nefti 14 dollara düşüb

ABŞ nefti yenidən sürətlə ucuzlaşmaqdadır.
"Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-ə olan məlumata görə, Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin iyun fyuçers qiymətləri 16,71% azalaraq 14,11 ABŞ dollarına düşüb.
London birjasında "Brent” markalı neft isə 3,82% ucuzlaşaraq 20,62 ABŞ dolları olub.
Məlumatlara görə, WTI markalı neftin belə sürətlə ucuzlaşmasının səbəbi tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının tezliklə tam dolacağı ilə bağlı narahatlıqlardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























