Unibank 2020-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub

"Unibank” KB ASC 2020-ci ilin ilk 3 ayının maliyyə nəticələrini açıqlayıb.
31 mart 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 6.3 milyon manat təşkil edib. Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri
21 milyon manat olub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Unibankın faiz gəlirləri 11% artaraq 22 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə
müqayisədə Bankın aktivlərinin həcmində 31 milyon manat - 4% artım qeydə alınıb. Bununla da hesabat dövrünün sonuna Bankın cəmi aktivləri
756 milyon manat təşkil edib.
İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi
8% artaraq 87
milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə
müqayisədə isə artım 57% və ya 32 milyon manat olub.
"Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2020-ci ilin ilk rübünün maliyyə nəticələrini
müsbət dəyərləndirib: "Ölkəmiz, eləcə də bank sektoru üçün o qədər də
asan olmayan bu rüb ərzində komanda olaraq maksimum çalışdıq ki, iqtisadiyyatımıza dəstəyimizi
bütün gücümüzlə davam etdirək.
Unibank
səhmdarları və rəhbərliyi koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarımıza
mənfi təsirinin qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin
səylərini dəstəkləyərək, bu işə öz töhfəsini verməkdə davam etdi. Bank,
iqtisadiyyatdakı mümkün mənfi dəyişikliklərə xüsusilə həssas olan müştərilər
üçün öz dəstək proqramını bir qədər də genişləndirdi. İkinci rübün də ölkə iqtisadiyyatı, eləcə də bank sektoru üçün o
qədər də asan keçməyəcəyi aydındır. Bununla belə, Unibank olaraq ölkə
iqtisadiyyatına, real sektora dəstəyimizi davam etdirmək, hər bir müştərimizin
yanında olmaq, onlara xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq
istiqamətində komandamızla birlikdə səylərimizi daha da artıracağıq”.
2020-ci ilin ilk rübü ərzində Bank
ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon manat (və
ya 14%) artaraq 521 milyon manata çatıb. İlin ilk 3 ayı ərzində xüsusən
biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta
sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8% artıb.
Birinici
rüb ərzində "Unibank”ın depozit portfeli 487 milyon
manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə ötən ilin uyğun
dövrü ilə müqayisədə illik artım 14.9 milyon manat və ya 10% olub.
Unibank ölkədə nağdsız
ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu
ilin birinci rübü ilə müqayisədə 31 mart 2020-ci il tarixinə debet kartlarının
sayında 37% artım qeydə alınıb.
Unibank- hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























