AZAL-ın nasaz təyyarəsi Bakıya qayıtdı – RƏSMİ AÇIQLAMA

İyulun 17-i səhər saatlarında Bakıdan Kiyevə uçan sərnişin təyyarəsinin Rusiya ərazisində - Mineralnıe Vodı şəhərində məcburi eniş etdiyi barədə məlumat vermişdik.
Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Modern.az saytına bildirib ki, Minvodı şəhərində məcburi eniş edən təyarə artıq Bakıya qayıdıb: “Artıq təyyarə sərnişinlərlə birgə Kiyevdən Bakıya qayıdıb, heç bir narahatlıq yoxdu. Təyyarənin məcburi eniş etməsinə səbəb texniki nasazlıq olub”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























