Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc

Azərbaycan Beynəlxalq Bankının innovativ məhsullarından
Tamkarta müştərilərin getdikcə artan marağını nəzərə alaraq bank bu məhsul üzrə
yeni kampaniyaya start verib. Məqsəd Tamkartın hər kəs üçün daha sərfəli və əlçatan
olması, müştəri məmnuniyyətinin əldə edilməsidir.
Belə ki, mayın 7-dən 31-ə kimi keçiriləcək kampaniya
dövründə Tamkartla verilmiş kredit limitinin 20%-i və daha çox həcmdə ödənişlər
edən müştərilər 20%-dən yuxarı ödəniş məbləğlərinə görə əlavə 1% kəşbək
qazanacaqlar. Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu qazanc imkanından
Tamkartla həm POS terminallar, həm də onlayn qaydada riteyl əməliyyatları
aparan hər kəs bəhrələnə bilər.
Bundan başqa, mayın 7-dən 29-a kimi Tamkart
Classic/Standard kartı əldə etmək istəyən müştərilərə bu kart hədiyyə ediləcək.
Tamkart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə 50% endirimlə veriləcək.
Bu barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.
Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda
Tamkart sahiblərinə alış-veriş zamanı hətta 20%-dək kəşbək verilir. Eyni
zamanda, bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən
az 2% kəşbək əldə edir. Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına
məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq
edilmir.
Tamkart haqqında daha ətraflı məlumatları məhsulun
rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud
https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar.
Tamkartı bu bölmədən onlayn sifariş vermək
mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























