“Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

"Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı
bu həssas dövrdə "Nar” üçün ən vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi
ehtiyaclarının nəzərə alınmasıdır. Mobil operator olaraq virusla mübarizə üçün
təxirəsalınmaz addımlar atırıq”. Bunu "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke
xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim etdikləri xidmətlər barədə
İTV telekanalına müsahibəsində deyib. Q. Panke qeyd edib ki, müştərilərə fasiləsiz
xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. Abunəçilərin
sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş
İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər yaratdıqlarını
bildirib.
Q.Panke müştərilərin evdə qalması üçün "Nar”ın təqdim
etdiyi onlayn və səyyar xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib:
"Bu dövrdə bizim qarşımızda duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə
xüsusi diqqət ayırdıq. Çünki karantin rejimində insanların daim əlaqədə qalması
çox vacibdir. Ona görə də 24/7 rejimində şəbəkəyə nəzarət edən komandalarımız
gücləndirilmiş rejimdə işləməyə başladı. İkincisi isə Müştəri Xidmətlərimizi
tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə abunəçilərimiz günün 24
saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya bilsinlər.
Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun
biznesinə təsiri barədə də danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci
yarısından etibarən, gəlirlərin azaldığı müşahidə edilir. Çünki insanlar evdə
olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən
istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, "Nar” abunəçilərinə təqdim
etdiyi sərfəli qiymətlərə sadiq qalır.
Qeyd edək ki,
"Nar”ın Baş İcraçı direktoru Qunnar Pankenin İTV telekanalına müsahibəsinin
videosuna aşağıdakı linkdə baxmaq olar:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























