• $
  • €
  • ₽
  • ₺
  • £

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir
28.05.2020 21:55
Azərbaycanda ünvanlı sosial yardım almaq üçün müraciət etmək prosedurları asanlaşacaq.


Oxu.Az-ın məlumatına görə, bununla bağlı "Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.


Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.


Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.

"Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, - deyə V.Bayramov əlavə edib.

Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.
"Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.

Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol