• $
  • €
  • ₽
  • ₺
  • £

190 manatla bağlı ŞAD XƏBƏR

190 manatla bağlı ŞAD XƏBƏR
28.05.2020 21:53
Anews.az-ın Pravda.az-a istinadən xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərin may ayı üzrə birdəfəlik ödənişlə (190 manat) təminatına başlayıb.

 Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb.

Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

"Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər.

Əgər kartını hələ almayıbsa, mesajda göstərilən bank filialına müraciət edərək kartını və kart vasitəsilə bankomatdan vəsaitini qəbul edəcək.

Hazırda birdəfəlik vəsaiti köçürülənlər aprelin 9-dan sonra ilk günlərdə aprel ayının ödənişini alanlardır", - deyə o bildirib.

Ödəniş prosesi ardıcıl davam edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol