• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankında bir gündə 23 mindən çox vətəndaşa sosial müavinət kartı verilib

Azərbaycan Beynəlxalq Bankında bir gündə 23 mindən  çox vətəndaşa sosial müavinət kartı verilib
28.05.2020 21:51

 
COVİD-19 dövründə əhalinin rifah halının qorunması məqsədilə dövlətin işsiz aztəminatlı şəxslərə təyin etdiyi birdəfəlik ödəmələr üçün vətəndaşlara plastik kartların verilməsi davam etdirilir. Azərbaycan Beynəlxalq Bankında 100 mindən çox vətəndaşa sosial müavinət kartları təqdim olunub. Proses bankın bütün  filial və şöbələrində həyata keçirilir. Kartların verilməsi zamanı vətəndaşların rahatlığının təmin olunması üçün filial və şöbələr gücləndirilmiş iş rejimində hər gün saat 09.00-dan 18.00-a qədər fasiləsiz çalışır. Növbələrin qarşısının alınması, prosesin maksimum operativliyinin təmin olunması üçün bu işə filial və şöbələrin ön ofis əməkdaşları tam heyətdə cəlb olunub. Hər bir vətəndaş bank ofisinə müraciətindən sonra maksimum 5 dəqiqə ərzində öz kartını ala bilir. Həyata keçirilən tədbirlər nəticəsində bankın filial və şöbələrində bir gün ərzində maksimum 23 mindən çox vətəndaşa sosial müavinət kartının verilməsi təmin edilib. COVİD-19-la bağlı karantin rejiminin tələblərindən irəli gələrək bu  prosesdə müştərilərin və əməkdaşların sağlamlığının
təmin olunması üçün lazimi tədbirlər də həyata keçirilməkdədir.  
 
Bəzi vətəndaşların qeydiyyatda olduqları ünvanlarla faktiki yaşayış yerlərinin fərqləndiyini nəzərə alaraq Azərbaycan Beynəlxalq Bankı prosesi optimallaşdırıb. Vətəndaşlara öz kartlarını əlavə məsafə qət etmədən almaq imkanı yaradılıb. Belə ki, birdəfəlik ödəmə almaq hüququna malik vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq öz kartını bankın ona ən yaxın filial və ya şöbəsindən əldə edə bilər.     
 

Vətəndaşlara verilən sosial müavinət kartları ilə vəsaiti bankomatlardan nağdlaşdırmaqla yanaşı, POS terminallar, yaxud onlayn qaydada nağdsız ödənişlər aparmaq da mümkündür. Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaş olan bəzi mağazalarda alış-verişləri bu kartlarla nağdsız qaydada apardıqda hər ödənişə görə müştəri 3% kəşbək qazanır. Azərbaycan Beynəlxalq Bankı sosial müavinət kartı alan vətəndaşlara bankın mobil tətbiqini telefonlarına yükləyərək onun yaratdığı imkanlardan faydalanmağı da tövsiyə edir. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol