Dövlət özəl heyvandarlıq kompleksinin yaradılmasına dəstək verib

Şamaxı rayonunun inzibati ərazisində yerləşən 700 hektar ərazini əhatə edən özəl heyvandarlıq və bitkiçilik kompleksi fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, "Agro Fresh” MMC-yə məxsus ferma 1 200 baş Qolşteyn cinsli qaramalın saxlanılması üçün nəzərdə tutulub.
Kompleksə pivot sistemi ilə suvarılan əkin sahələri, yem sexi, sağım bölməsi, inək damları, logistika mərkəzi, peyin emalı sahəsi, su rezervuarı, ofis binası və yataqxana daxil olacaq. Kompleks üçün lazımi avadanlıqların və suvarma qurğularının alınmasına Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dəstək verib.
Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Bizim Facebook səhifəmizə abunə olun
Paylaşmaq:
Bu xəbər həm də başqa dillərdə mövcuddur:
В Азербайджане при господдержке создается частный животноводческий комплекс
Azerbaijan supports creation of private livestock complex in Shamakhi
Xəbərlər Şöbəsi
Xəbərin müəllifi
Abunə ol 0
Tərəfdaşların xəbərləri
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























