• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

Kapital Bank-dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt
28.05.2020 23:57

 
Kapital Bank Azərbaycan Respublikası Mərkəzi Bankının çağırışına qoşularaq, pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara növbəti dəstək aksiyasını təqdim edir. Belə ki, 30 sentyabr 2020-ci il tarixinədək hüquqi şəxs və fərdi sahibkarlara respublikadaxili köçürmə komissiyası 50% endirilərək 0,1% təyin edilib.
 
Bu kampaniya, həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan Müştəri Bank sistemindən qoşulanlara da şamil olunur.
 
Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun "Təməl”, "Uğur”, "İnkişaf” və "Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.
 
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Burada KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.
 
Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında "Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol