Azərbaycan Beynəlxalq Bankı Mobil tətbiqini mərhələli yeniləyir!

Azərbaycan Beynəlxalq Bankı müştəri məmnuniyyəti
yaradacaq daha bir innovativ yeniliyini bazara təqdim edib. Bank yenilənmiş
Mobil tətbiqini mərhələli şəkildə istifadəyə buraxıb. Bu cür mərhələli yanaşma IBA
Mobile tətbiqinin müştərilərin istəklərinə tam uyğunlaşdırılması məqsədindən irəli
gəlir.
Belə ki, mobil əlavədən ilk mərhələdə məhdud sayda müştəri qrupu istifadə
edəcək. Yenilənmə təklifi iOS və Android sistemlərinin iş məntiqi ilə müştəri
qrupuna avtomatik göndəriləcək. Təkmilləşdirmə mərhələsində istifadəçi müştərilərlə
interaktiv kommunikasiya əsasında onlardan gələn bütün rəylər, təcrübələr
toplanaraq təhlil ediləcək. İrad və təkliflər nəzərə alınmaqla IBA Mobile daha
da təkmilləşdirilərək tədricən kütləvi istifadəyə buraxılacaq. Bir aylıq təkmilləşdirmə
mərhələsindən sonra yeni mobil tətbiqdən Azərbaycan Beynəlxalq Bankının bütün
müştəriləri faydalana biləcək. Müştərilər IBA Mobile tətbiqi ilə bağlı rəylərini
mobil əlavəni açıb telefonu astaca silkələməklə monitorda yaranan pəncərədə
qeyd edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























