• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Avropaya 2 milyardlıq neft göndərildi

Azərbaycandan Avropaya 2 milyardlıq neft göndərildi
16.07.2014 16:28
Bakı-Tbilisi-Ceyhan (BTC) xətti ilə ixrac edilən neftin ümumi həcmi açıqlanıb. ANS PRESS-in məlumatına görə, Ceyhan Dəniz Terminalına son 8 ildə 1 milyard 984 milyon barrel xam neft yüklənib. Heydər Əliyev adına Dəniz Terminalına çatan xam neft buradan da BTC kəmərinin icraçısı Botaş tərəfindən tankerlərlə dünya bazarlarına ixrac edilib. BTC xəttinin istismara buraxıldığı tarixdən 14 iyula qədər 2 min 589 neft tankeri ilə xam neftin daşınması reallaşdırılıb. Qeyd edək ki, Türkiyənin ən əhəmiyyətli regional proyektlərindən olan və "21-ci əsrin İpək Yolu" olaraq adlandırılan BTC layihəsi ilə Azərbaycanda istehsal olunan xam neft boru xətti ilə Gürcüstan üzərindən Ceyhandakı dəniz terminalına, buradan da tankerlərlə dünya bazarlarına çatdırılır. Təxminən 4 milyard dollara başa gələn BTC layihəsinin ümumi uzunluğu 1776 kilometrdir. BTC xətti ilə gündəlik 1 milyon barrel, ildə isə 50 milyon tonluq neft nəql etmək mümkündür.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol