• $
  • €
  • ₽
  • ₺
  • £

"Doktor Qiyamət": "Maaşlar azalacaq, bəzi iş yerləri yarımştat olacaq..."

"Doktor Qiyamət": "Maaşlar azalacaq, bəzi iş yerləri yarımştat olacaq..."
29.05.2020 02:25
Anews.az Oxu24.com-a istinadən xəbər verir ki, 2008-ci il iqtisadi böhranını öncədən proqnozlaşdıran və "Doktor Qiyamət" ləqəbi ilə tanınan məşhur iqtisadçı Nauriel Rubin koronavirusun iqtisadi təsirləri ilə bağlı düşüncələrini açıqlayıb.
 O, koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın azı 10 il davam edəcəyini bildirib.
"Bənzəri görülməmiş bir iqtisadi durğunluğa girdik. Qlobal iqtisadiyyat toparlansa belə böyümə çox aşağı səviyyələrdə olacaq. 2008-ci il böhranında istehsalın sürətlə azalması 3 illik prosesdən sonra oldu. Bu dəfə həmin nöqtəyə isə 3 ilə, 3 aya deyil cəmi 3 həftəyə çatdıq. İqtisadiyyatın demək olar ki, hər sahəsində azalma yaşandı. Azı 10 il davam edəcək qlobal depressiya ilə qarşı-qarşıyayıq".
 
Rubin iqtisadi düzəlişin isə ya "U" ya da daha pis bir senari hesab edilən "L" şəklində olacağını deyib. Qeyd edək ki, "U" şəklində bərpa iqtisadi aktivlərin sürətlə azalmasından sonra yenidən yüksəlişə keçmədən öncə uzun müddət aşağı səviyyədə qalmasıdır. "L" variantında isə 0 böyümə və ya kiçilmə müddəti daha da uzanır.
"İtirilmiş iş yerləri qismən bərpa olunacaq. Maaşlar azalacaq, sosial təminatlar azalacaq, işlərin bir qismi part-time olacaq. İşini əlində saxlaya bilənlər üçünsə iş təminatı daha da azalacaq".
Rubin obyektlərin açılmasının da yeganə həll yolu olmadığını ifadə edib:
"Bu mağazaları aça bilərsiniz, amma əsas sual iqtisadi həyata geri dönüb dönməyəcəkləridir. Çindəki ticarət mərkəzlərinin böyük bir qismi hələ də boşdur. Ticari uçuşlar yarıbayarı azdır. Almaniyada mağazalar açıldı, amma kim gedib alış-veriş edir?"
Ekspert çox zaman bədbin proqnozlar verdiyi üçün ona verilən "Doktor Qiyamət" ləqəbi əvəzinə isə özünə "Doktor Realist" ləqəbini yaraşdırdığını bildirib.
"2015-ci ildə hər kəsin Çin iqtisadiyyatının enişə doğru getdiyini söylədiyi bir vaxtda mən enişli-çıxışlı bir mənzərə gözlənildiyini demişdim. O dövrdə " Wall Street"dən belə daha optimist idim. Mənim vaxtı gündə sadəcə iki dəfə düzgün göstərən xarab bir saat olduğumu deyənlər, söylədiklərimi yaxından izləməyənlərdir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol