• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu

Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
04.06.2020 11:11
Unibank aqrar sektorun daha da asan və sürətli kreditləşməsini təmin etmək üçün Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub.
 
Unibank AzALES -ə ilk qoşulan banklardandır. "Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, kənd təsərrüfatına  yönələn maliyyə vəsaitlərini artırmaq, bankın qarşıya qoyduğu hədəflərdən biridir:
 
"Yeni kredit qiymətləndirmə sistemi ilə aqrar kreditləri bir qədər də əlçatan olur.Bu sistem aqrar sahənin kreditləşdirilməsi zamanı riskləri daha düzgün qiymətləndirməyimizə kömək edəcək. AzALES bank əməkdaşının işini xeyli asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı sahəsində biznesi olan müştərilərimiz üçün də krediti daha sürətli əldə etməyə imkan yaradır”.

AzALES Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.  Bu sistem, aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir. Belə ki, AzALES banka hazır forma verir. Bank müştərinin məlumatlarını həmin platformaya daxil edərək, ona nə qədər maliyyə vəsaiti  ayırmağın mümkünlüyünü müəyyən edir. AzALES bir növ risklərin müəyyənləşdirilməsində banka kömək edir.

Kənd təsərrüfatı, eləcə də digər biznes kreditlərindən faydalanmaq istəyən müştəriləri "Unibank”ın biznes filiallarında yüksək və keyfiyyətli xidmət gözləyir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol