• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” tezliklə sıradan çıxacaq?

“Facebook” tezliklə sıradan çıxacaq?
15.07.2014 13:12

Almaniyanın Proqram Təhlili və İnformasiya Sistemləri İnstitutunun (IAIS) alimləri dünyanın ən iri sosial şəbəkələrindən biri olan “Facebook”un artıq məşhurluğunun ən yüksək zirvəsinə çatdığını bildiriblər.

 

“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu, Mark Zukerberqin layihəsinin sonunu proqnozlaşdıran ilk bu cür araşdırma deyil. Bu dəfə IAIS institutunun tədqiqatçıları qlobal şəbəkədə istifadəçilərin 175 müxtəlif servisə olan marağı dinamikasını təhlil ediblər və sosial şəbəkələrin siklik təbiətə malik olduqlarını təsdiq ediblər: onlar olduqca tez populyarlaşırlar və eyni sürətlə də onlara olan maraq azalır.

 

Kristian Kerstinq və Kristian Baukhaqenin araşdırması, istifadəçilərin bu və ya digər mövzunu “Google”da axtarışlarını sayan, “Google Trend” servisinin məlumatlarına əsaslanıb.

Alimlərin diqqətini “Twitter”, "ВКонтакте", “Google+”, “LinkedIn” və digər internet servisləri “AirBnB”, “Amazon”, “Groupon”, “Spotify”, “Ebay” və s. cəlb ediblər. Axtarış məlumatları 45 ölkə üzrə toplanıb. Sosial servislərin böyük əksəriyyəti eyni qanunlara riayət edirlər: hansısa anda onların hamısı bum yaşayırlar, sonra isə onlara olan maraq azalır.

 

“Facebook” istisna deyil və ona olan kollektiv diqqət eyni “təpəyəoxşar” sxem üzrə hərəkət edir. Axtarış məlumatlarının təhlili üzrə müxtəlif modelləri əsasən “Facebook”un populyarlığının hansı sürətlə azalacağında fərqlənirlər.  Amma ən neytral qiymətləndirmələrə əsasən, 2017-ci ilədək sosial şəbəkəyə olan marağın bugünkü səviyyəsindən 50-80% azalacağı bildirilir.

 

“Facebook”un ən böyük düşməni onun auditoriyasının qocalmasıdır – tineycerlər artıq daha sadə və ünsiyyət qurmaq üçün lazım olan messencerlərdən istifadə etməyə üstünlük verirlər. Bu problemlə mübarizə yolu kimi, ən böyük populyarlığa malik olan “WhatsApp” messencerinin texnoloji yenilik üçün rekord məbləğ olan 19 milyard dollara alınması olub.

 

Eyni zamanda “Facebook”un istifadəçilərinin şəxsi məlumatlarının reklam məqsədləri ilə istifadə etdiyi və onların üzərində müxtəlif psixoloji eksperimentlərin aparılması internet ictimaiyyətinin narazılığına səbəb olub.

 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol