• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Vergi Xidmətindən sahibkarlara müraciət

Dövlət Vergi Xidmətindən sahibkarlara müraciət
05.06.2020 09:49
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. 

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, qurumun Sabunçu, Qaradağ, Binə, Sədərək, Binəqədi, Nərimanov 1 və 2, Lənkəran, Sumqayıt, Sumqayıt (inzibati bina), Gəncə, Yeni Gəncə xidmət mərkəzlərinin fəaliyyəti bu gün saat 14:00-dan iyunun 8-i saat 09:00-a qədər dayandırılır.

Xidmət mərkəzlərində bu gün saat 14:00-dan 18:00-a qədər yazılmış növbələr etibarsız hesab olunur və növbəyə yazılmış şəxslərdən növbəti iş günləri üzrə növbəyə yazılmaları xahiş olunur.

Onlayn növbə tutmaqa və yaxud öncədən tutulmuş növbəni ləğv etmək üçün aşağıdakı klinklərdən istifadə etmək lazımdır: 

Onlayn növbəyə yazılmaq: https://www.e-taxes.gov.az/ebyn/novbe/

Onlayn növbənin ləğvi: https://e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html

Elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://www.e-taxes.gov.az/help/telimat/diger_teli...

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Tibbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmələri xahiş olunur.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarı ilə iyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-a qədər qısaldılmış iş rejimi müəyyən edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol